Bakı metrosunun “Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşasına hazırlıq işləri 4-5 ay çəkəcək

Bölmə: Sosial › ,
Tarix: 10:20 15.08.2025

 

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işləri 4-5 ay davam edəcək.

 

Bu barədə "İnformator.az" səhmdar cəmiyyətinə istinadən bildirir.

 

Məlumata əsasən, hazırlıq işləri çərçivəsində “28 may” stansiyası ətrafında iki ərazidə şaxtalar qazılacaq. Tikinti meydançalarından biri stansiyanın qarşısında, digəri isə arxa hissəsində - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində yerləşir.

 

Ərazi təhlükəsizlik norma və qaydalarına riayət olunmaqla hazırlanacaq, bütün müasir standartlarla çətin geoloji şəraitdə diametri 12 metrə yaxın olan şaxtaların qazıntısı başlanılacaq. Dərinliyi 30 metrdən çox olan şaxtalar lazımı dərinliyə çatdıqdan sonra əsas tunellərə doğru kiçik həcmdə yanaşma tunelləri qazılacaq. Bununla da şaxtaların qazılma prosesi yekunlaşacaq. Qeyd olunan proses təxminən 4-5 ay müddətində davam edəcək və metropolitendə hərəkətin normal təşkilinə heç bir maneə yaratmayacaq. Sərnişinlər metrodan indiyə qədər olan intervalla istifadəni davam etdirəcəklər. Əlavə olaraq, aparılan qazma işləri ərazidə olan avtobusların hərəkətinə və dəmir yolu vağzalının iş qrafikinə heç bir təsir göstərməyəcək.



Bölmədən digər xəbərlər
“Xankəndi Hekayəsi” filminin təqdimatı — yaddaşları oyadan bir görüş
“Xankəndi Hekayəsi” filminin təqdimat mərasimi keçirildi. Tədbir, təkcə bir filmin nümayişi deyil, həm də yaddaşlara, keçmişimizə və gələcəyimizə bir baxış idi.