DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

Tarix: 20:13 28.07.2025
Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
"İnformator.az" xəbər verir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb. Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.
Bölmədən digər xəbərlər
“Xankəndi Hekayəsi” filminin təqdimatı — yaddaşları oyadan bir görüş
“Xankəndi Hekayəsi” filminin təqdimat mərasimi keçirildi. Tədbir, təkcə bir filmin nümayişi deyil, həm də yaddaşlara, keçmişimizə və gələcəyimizə bir baxış idi.

“Xankəndi Hekayəsi” filminin təqdimat mərasimi keçirildi. Tədbir, təkcə bir filmin nümayişi deyil, həm də yaddaşlara, keçmişimizə və gələcəyimizə bir baxış idi.