Energetika naziri ilə görüş olub

Tarix: 14:37 29.07.2025
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev ölkənin yeni təyin olunmuş energetika naziri Svetlana Qrinçuk ilə Bakı və Kiyev arasında əməkdaşlığı müzakirə etmək üçün görüşüb. Səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, Ukrayna ilə enerji sahəsində şəbəkələşmə çox ciddi məqamdır:
"Bu zaman Azərbaycan beynəlxalq enerji bazarında nüfuzunu genişləndirib. Hesab edirəm ki, bu görüş uzunmüddətli keçidin başlanğıcı olacaq. Azərbaycan Ukraynanın enerji sahəsinə həm investisiya yatıra, həm də yeni texnologiyalar tətbiq edə bilər. Çünki bu gün Azərbaycan bərpa olunan enerji üzrə böyük işlər həyata keçirib. Bu addımlar Ukraynanın enerji təhlükəsizliyinə də ciddi töhfələr verəcək. Azərbaycana enerji təcrübəsinin faydaları da burada olacaq. Bu görüşdən sonra işçi qruplarının yaradılması həyata keçiriləcək. İki ölkənin enerji fəaliyyəti üzrə normalar hazırlanacaq. Maliyyə əsaslandırması və sərmayəli enerji layihələri də mütləq şəkildə həyata keçiriləcək".
Aygün Babayeva