Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 13 %-ə yaxın artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:58 06.08.2025

Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % artaraq 21 630 olub.

 

"İnformator.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, il ərzində aktiv ƏDV ödəyicilərinin sayı 12,8 % artaraq 589-a, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 10,4 % artaraq 5 999-a çatıb.