"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər

Tarix: 22:00 29.07.2025
"İnformator.az" xəbər verir ki, filmin ikinci sezonun çəkilməsi ilə bağlı xəbəri "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" YouTube kanalında deyib.
O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölümdən ibarət yazılıb:
"8 bölümdən ibarət olan bu filmin yalnız 4 bölümü ekranlaşdırılıb. Maliyyə olacağı təqdirdə, digər 4 bölüm də çəkiləcək. 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq".
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü — "Tağıyev: Neft" və "Tağıyev: Çar" — artıq kinoteatrlarda nümayiş etdirilib.
Nigar Həsənzadə