Kuzey Tunçelli Dünya Çempionatını 6-cı tamamlayıb

Tarix: 19:35 30.07.2025
Sinqapurda keçirilən Ümumdünya Üzgüçülük Çempionatında kişi üzgüçülər arasında 800 metr sərbəst üslub üzrə finalda yarışan milli üzgüçü Kuzey Tunçelli 6-cı yeri tutub.
Türkiyə Üzgüçülük Federasiyasının verdiyi məlumata görə, Kuzey Tunçelli seçmə mərhələni 07:45.13-lük nəticə ilə keçərək finalda iştirak hüququ qazanıb.
Final yarışını isə 7:49.09 nəticə ilə 6-cı sırada başa vurub.
Yarışda Tunisli Ahmed Jaouadi qızıl medal qazanıb. Almaniyalı üzgüçülər Sven Schwarz gümüş, Lukas Maertens isə bürünc medal əldə ediblər.
Haber Global
Xəlilli Nigar