Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin olacağına inanır

Tarix: 22:12 11.08.2025
ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinə dair razılaşmaların olacağına inanır.
"İnformator.az" “Report” a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı deyib.
“Bəzi mübadilələr, ərazi dəyişiklikləri olacaq. Mən bunu Rusiyadan və hamı ilə söhbətimdən bilirəm”, - Amerika lideri təfərrüatları açıqlamadan bildirib. Ehtimal edilən ərazi mübadilələrdən danışarkən o, bunun Ukraynanın xeyrinə olduğu fikrini bildirib: “Bu yaxşı bir şeydir, pis deyil”. Tramp müəyyən edib ki, bəzi əraziləri Ukraynaya qaytarmağa çalışacaq. O, sahilyanı əraziləri ən qiymətli hesab etdiyini də izah edib.