Yarımtikilidə narkotik aludəçiləri saxlanılıb-Qadınlar da var

Tarix: 10:17 04.08.2025
Bakının Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
"İnformator.az" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.
Onun sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.