Bakıda sərnişin avtobusu işıqfora çırpılıb

Bölmə: Hadisə › ,
Tarix: 20:27 04.08.2025

Bakı şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

İlkin məlumata görə, sərnişin avtobusu işıqfora çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.