Mikroavtobus qəzaya düşüb -3 ölü, 18 yaralı

Tarix: 10:52 05.08.2025
Türkiyənin Sivas şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus uçurumdan aşıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.
Qəza ilə bağlı araşdırma aparılır.