Bakıda arvad ərini öldürüb

Tarix: 12:04 05.08.2025
Bakıda 46 yaşlı kişi qətlə yetirilib.
"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki mənzillərdən birində baş verib.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Quliyev evində bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, N.Quliyevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva saxlanılıb. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.