Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 12:14 05.08.2025

Xocalı rayonunun Xanyurdu kəndi ərazisində avqustun 4-də yanğın hadisəsi törədən şəxs saxlanılıb.

 

Bu barədə "İnformator.az" a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb. M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.