Cəbrayılda yanğın törədənlər saxlanılıb

Tarix: 16:45 05.08.2025
Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində avqustun 5-də otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Axar.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib:
"Bildirilib ki, araşdırmalarla 50 hektar ərazinin yanması ilə nəticələnən hadisəni Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənovun törətdiyi müəyyən edilib və onlar saxlanılıblar. Hazırda faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır".