Bişkekdə güclü zəlzələ baş verib

Tarix: 19:17 05.08.2025
Qırğızıstanın paytaxtı Bişkekdə güclü zəlzələ baş verib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ 5,1 bal gücündə qeydə alınıb, ocağı təxminən 10 km dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilməyib.