Dünya liderləri Azərbaycan pavilyonunda

Tarix: 23:22 05.08.2025
BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının proqramı çərçivəsində dövlət başçıları Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın milli günlərinə həsr olunmuş tədbirlərdə iştirak ediblər.
"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, milli günlər region ölkələrinin xalqlarının zəngin mədəni irsini nümayiş etdirmək, mehriban qonşuluq əlaqələrini möhkəmləndirmək və mədəni-humanitar əməkdaşlığı genişləndirmək məqsədi ilə təşkil edilir.
Milli pavilyonlar, o cümlədən adət-ənənələrin, sənətkarlığın, mədəniyyət, incəsənət və turizm sahəsində müasir nailiyyətlərin ekspozisiyaları təqdim olunub. Qastronomik təqdimatlar və kulinariya ustad dərsləri də təşkil olunub.