1261-ci gün: Rusiya Ukraynanın itkilərini yeniləyib
.jpg)
Tarix: 16:34 07.08.2025
Rusiya müharibənin 1261-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb:
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 75 210 PUA-sı, 625 zenit-raket kompleksi, 24 478 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 28 245 artilleriya və minaatanı, 39 238 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.