Putin Trampla görüşmək üçün bu ölkəni seçib

Bölmə: Siyasət › ,
Tarix: 17:21 07.08.2025

ABŞ Prezidenti Donald Trampla görüş keçirmək üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münasib yerlərdən biridir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib:

 

"Bu cür tədbirlərin təşkilində bizə kömək etmək istəyən çoxlu dostlarımız var. Dostlarımızdan biri Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir. Biz qərar verəcəyik, amma məncə, bura tamamilə uyğun yerlərdən biridir"