Tramp bu ölkələri “İbrahim razılaşmaları”na çağırıb

Bölmə: Siyasət › ,
Tarix: 17:56 07.08.2025

Bütün Yaxın Şərq ölkələri İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na qoşulmalıdır.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib:

 

“İndi İranın yaratmaqda olduğu nüvə arsenalı tamamilə məhv edilib. Mənim üçün bütün Yaxın Şərq ölkələrinin “İbrahim razılaşması”na qoşulması son dərəcə vacibdir. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək”