Azərbaycanda elektrik enerjisinə təlabat artıb

Tarix: 21:30 08.08.2025
Avqustun 6-sı saat 15:00-da Azərbaycanda elektrik enerjisinə tələbat rekord səviyyəyə çataraq saatda 4871 meqavat olub. Son 7 ildə ölkədə elektrik tələbatı 1200 meqavatdan çox artıb və buna uyğun olaraq yeni generasiya mənbələri və müasir sistemlər yaradılıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, elektrik enerjisinə təlabatın armasının əsas səbəbi yay fəsilidir. Yayda kondisionerlər, sərinkeşlər işlədiyi üçün təlabat artır:
"Əhalinin sayının artması, vəziyyətinin yaxşılaşması, mənzillərlə təminatının nisbətən yaxşılaşması, sənaye müəssələrinin fəaliyyəti elektrik enerjisinə ehtiyacı artırır. Bu günlərdə Mingəçevirdə Azərbaycanın ən böyük Elektrik Stansiyası işə salınıb. Bundan başqa Günəş panelləri, külək trubinləri ilə işləyən Su Elektrik Stansiyalarınpn qurulması istiqamətində ciddi investisiyalar qoyulur. Alternativ və ənənəvi enerjiyə yatırılmış investsiyalar haqqında çox geniş məlumatları rahat şəkildə almaq olar. Prezidentimiz italiyan nazirlə görüşündə Mingəçevirdəki "8 Noyabr" Elektrik Stansiyasını açılışında iştirak edib. Gələcəkdə elektrik enerjisinin təminatında hər hansı bir problem gözlənilmir. Çünki Azərbaycan hətta elektrik enerjisinin ixracını planlaşdırır. Alternativ enerji mənbələri əsasında 3 geqavatlıq birbaşa elektrik enerjisinin istehsalı üzrə müqavilələr var və bu istiqamətdə işlər gedir. Yəni , elektrik enerjisi istehsalının artırılması və ixracı planlaşdırılır".
Billurə Quliyeva