Bakıdan Sumqayıta gedən qatarların hərəkət cədvəli dəyişir

Tarix: 22:32 08.08.2025
Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, sabahdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu yeni hərəkət cədvəli üzrə fəaliyyət göstərəcək.
"İnformator.az" xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, yeni cədvəl aşağıdakı kimi təyin edilir:
Bakı–Xırdalan–Sumqayıt:
saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30.
Sumqayıt-Xırdalan-Bakı:
Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30.
Bakı-Pirşağı-Sumqayıt:
Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00.
Sumqayıt-Pirşağı-Bakı:
Saat 06:45, 07:25, 08:00, 08:45, 09:52, 10:20, 11:00, 11:30, 12:05, 17:00, 18:20, 19:20, 19:55, 20:20, 21:00, 22:00.
Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.
Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamaları xahiş edilir.