Qəzzanı HƏMAS-dan azad edəcəyik-Netanyahu

Bölmə: Dünya › ,
Tarix: 22:40 08.08.2025

İsrail Qəzzanı işğal etmək niyyətində deyil, məqsəd zolağı HƏMAS-dan azad etməkdir.


"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “X” sosial şəbəkəsində etdiyi paylaşımda deyilir.

 

“Biz Qəzzanı işğal etməyəcəyik - biz Qəzzanı HƏMAS-dan azad edəcəyik. Qəzza silahsızlaşdırılacaq və dinc mülki administrasiya qurulacaq. Bu, nə Fələstin Administrasiyası, nə HƏMAS, nə də hər hansı digər terror təşkilatı olacaq. Bu, girovlarımızı azad etməyə və Qəzzanın gələcəkdə İsrail üçün təhdid yaratmamasını təmin etməyə imkan verəcək”, - paylaşımda deyilir.


Qeyd edək ki, ötən gün Netanyahu kabineti Qəzza zolağının nəzarətə götürülməsi barədə qərar qəbul edib.