Azərbaycan rəsmiləri Ağ Evdə

Bölmə: Dünya › ,
Tarix: 22:54 08.08.2025

 

Azərbaycanın nümayəndə heyəti Vaşinqtonda keçiriləcək görüşə hazırlaşır.


"İnformator.az" xəbər verir ki, bu barədə Teleqramda görüntülər paylaşılıb.


Nümayənd heyətinin tərkibində xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov yer alıb.