Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışlayıb

Tarix: 13:23 09.08.2025
Fransanın Bakıdakı səfirliyi Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışlayıb.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Fransa Vaşinqtonda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın elan edilməsini alqışlayır", - paylaşımda qeyd olunub.