Times Square-də atışma

Tarix: 20:54 11.08.2025
NYPD bildirib ki, silahlı insident West 44-cü küçə ilə Seventh Avenue yaxınlığında saat 01:20 radələrində baş verib. Görgü şahidləri bildiriblər ki, dava başlamazdan əvvəl təxminən 15 nəfərlik yeniyetmə qrupu Citi Bike-larla əraziyə gəlib.
Polisin məlumatına görə, şübhəli 19 yaşlı bir kişi ilə mübahisə edib və ardından üç atəş açıb. 19 yaşlı kişi ayağından yaralanıb, Meryland ştatından olan 18 yaşlı qadın isə boynundan yüngül xəsarət alıb. New Jersey-dən olan 65 yaşlı kişi isə ayağından güllə yarası alıb. Onların hər ikisi hadisə yerində olan şəxslər olub. Yaralılar stabildir və xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə yaxın ərazidə xidmət edən polis əməkdaşları atəş səslərini eşidərək şübhəlini təqib edib və West 44-cü küçə ilə Eighth Avenue kəsişməsində həbs ediblər. Hadisə yerində silah da aşkar olunub. Həbs edilən yeniyetmənin adı açıqlanmayıb. Ona qarşı qəsdən adam öldürməyə cəhd, hücum, qanunsuz silah saxlama və ehtiyatsızlıqdan təhlükə yaratmaq ittihamları irəli sürülüb.
Rəsmilər bildiriblər ki, şübhəli ilə yaralılar arasında əvvəlcədən tanışlıq olub-olmadığı məlum deyil. Times Square 2022-ci ildən etibarən Nyu York ştat qanununa əsasən “həssas məkan” kimi silahların qadağan edildiyi zona kimi müəyyən edilsə də, yerli satıcılar bölgədə atışmaların hələ də baş verdiyini qeyd edirlər.
ANEWZ
Güllər Gülhüseynova