"Qarabağ" pley-off yolunda -Canlı

Bölmə: İdman › ,
Tarix: 20:05 12.08.2025

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarında keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya) matçının heyətləri açıqlanıb.

"İnformator.az" xəbər verir ki, Ağdam təmsilçisi 20:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaq:

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt.

"Şkendiya": 24. Gaye, 2. Trumçi, 4. Ramadani, 5. Keyk, 7. B. İbraimi (k), 17. Zeynullai, 11. Vebster, 15. Fetai, 29. Tamba, 28. Qaka, 77. Latifi.

 

Ehtiyat oyunçular: 25. Amzai, 30. Ramani, 8. Ramadani, 9. Ademi, 16. Murati, 6. Alhassan, 19. Krstevski, 22. Ajetoviç, 26. Meliqi, 27. Kaba, 10. Krasniqi, 38. Nuhija.

***

"Qarabağ" - "Şkendiya" qarşılaşması başlayıb.

 

Görüşün 11-ci dəqiqəsində "Şkendiya" Tambanın qolu ilə hesabda önə keçib: 0-1.

***

Keyk 16-cı dəqiqədə avtoqol müəllifi olub: 1-1.

***

Kadi 18-ci dəqiqədə "Qarabağ"ı hesabda önə keçirib: 2-1.

 

Nəriman 33-cü dəqiqədə "Qarabağ"ın üçüncü qolunu vurub: 3-1.

***

34-cü dəqiqədə Yankoviç penaltidən dördüncü qolu vurub: 4-1.