Bissouma heyətə daxil edilməyib

Tarix: 20:35 12.08.2025
İngiltərə təmsilçisi "Tottenham"ın Süper Kubokda "PSG" ilə keçirəcəyi oyunun heyətində Yves Bissouma yer almayacaq.
Adı transfer dövründə "Fenerbahçe" ilə hallanan Bissouma, qarşıdakı oyunda iştirak etməyəcək. "Tottenham"ın baş məşqçisi Thomas Frank bildirib ki, yarımmüdafiəçi bir neçə dəfə məşqi buraxıb və intizamsız davranışlarına görə heyətə salınmayıb.
"PSG" ilə "Tottenham" arasında Süper Kubok oyunu sabah saat 22:00-da İtaliyada baş tutacaq və TRT 1-də canlı yayımlanacaq.
Mənbə:TRT Haber
Nigar Həsənzadə