Qazaxda böyük yanğın: Helikopterlər havaya qaldırılıb

Tarix: 18:11 14.08.2025
Qazaxda meşəlik ərazidə yanğın başlayıb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə iki helikopter cəlb olunub.