"Sabah" "Levski"yə yenə məğlub olub

Tarix: 21:57 14.08.2025
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah” və Bolqarıstanın “Levski” komandaları arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.
"İnformator.az" UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Sabah”: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels
Baş məşqçi: Valdas Dambrauskas
“Levski”: 92. Svetoslav Vutsov, 21. Aldair Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 77. Borislav Rupanov, 99. Radoslav Kirilov
Baş məşqçi: Xulio Velaskes
Qeyd edək ki, komandalar arasında ilk oyun “Levski”nin minimal hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.
***
"Sabah" - "Levski" qarşılaşması start götürdü.
***
Kirilov görüşün 40-cı dəqiqəsində "Levski"ni hesabda önə keçirdi: 0-1.
***
"Levski" Sulonun qolu ilə 87-ci dəqiqədə fərqi ikiyə çatırdı: 0-2
***
"Sabah" "Levski"yə 2-0 məğlub oldu. Bununla Konfrans Liqası ilə vidalaşdı.