00:00:00
Yazar
Admin User
05.05.2025 11:27 110 1 dəq oxuma
Sosial

Qax və Zaqatalada məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndimə işi aparılacaq

“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığının hədəfinə çevrilməmək üçün hüquqlarımızı öyrənək” adlı layihəyə başlayıb. Bu haqda “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva saytımıza məlumat verib.

Layihənin əsas məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işinin aparılması, risk qrupundan olan qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi konsultasiya xidmətinin göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım göstərməkdən ibarətdir. May-iyul aylarında həyata keçiriləcək layihə çərçivəsində Qax və Zaqatala rayonlarında ehtiyacı olan şəxslərə mövzu üzrə təlimlər keçiriləcək, həmçinin hüquqi konsultasiya xidməti göstəriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər