00:00:00
Yazar
Admin User
07.07.2025 17:55 133 1 dəq oxuma
Dünya

AK Prezidenti etimadsızlıq votumunun təşəbbüskarını ekstremist metodlardan istifadədə ittiham edib

AK Prezidenti etimadsızlıq votumunun təşəbbüskarını ekstremist metodlardan istifadədə ittiham edib

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxış edərək ona və Avropa Komissarları Kollegiyasını qarşı etimadsızlıq votumu ilə bağlı dinləmələrin təşəbbüskarı olan parlament üzvlərini ekstremistlər üçün təlimatdakı metod və vasitələrdən istifadə etməkdə günahlandırıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Avropa bürosunun məlumatına görə, o, bu barədə parlamentdə keçirilən dinləmələrdə ona qarşı irəli sürülən ittihamlara cavab verərkən bildirib.

 

Ursula fon der Lyayen həmçinin vurğulayıb ki, bu təklifi irəli sürən parlament üzvləri Kremldə və ya başqa yerdə olan ağalarının maraqlarına xidmət edirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər