00:00:00
Yazar
Admin User
14.07.2025 07:57 100 1 dəq oxuma
Dünya

Aİ ölkələrinin Kalasın İsrailə qarşı fəaliyyət planını dəstəkləmək qərarını qəbul etməsi çətin görünür

Aİ ölkələrinin Kalasın İsrailə qarşı fəaliyyət planını dəstəkləmək qərarını qəbul etməsi çətin görünür

Bir çox Avropa diplomatlarının fikrincə, gələcək addımların atılması İsrailin ötən həftə imzaladığı humanitar razılaşmanı yerinə yetirib-yetirməməsindən asılı olacaq.

 

Bu həftə Brüsseldə keçiriləcək Xarici İşlər Şurasının iclasında Avropa İttifaqının baş diplomatı Kaya Kallas Aİ-nin Qəzza zolağındakı İsrailin fəaliyyətlərinə cavab olaraq hazırladığı 10 mümkün tədbirdən ibarət siyahını təklif edəcək. Lakin Aİ diplomatları Euronews-a bildiriblər ki, Avropa İttifaqında Təl-Əvivə qarşı hər hansı addım atmaq istəyi çox zəifdir.
Kallasın təqdim etdiyi 10 tədbirə vizasız səyahətlərin dayandırılması və yəhudi məskunlaşmalarından idxalın bloklanması daxildir. Bu, İsrailin Aİ ilə Assosiasiya Sazişini pozmaqda ittiham olunmasına cavab olaraq təklif edilib. Bu barədə Kallasın ofisi tərəfindən hazırlanmış və Euronews-un əldə etdiyi sənəddə bildirilir.
Təkliflərdə hüquqi əsaslar və onların qəbul edilməsi üçün lazım olan prosedurlar da qeyd olunub. Bura Aİ ilə İsrail arasında Assosiasiya Sazişinin tamamilə dayandırılması, İsraillə siyasi dialoqun kəsilməsi və Təl-Əvivin Aİ proqramlarına çıxışının qadağan olunması daxildir. Bütün bunlar Aİ-yə üzv 27 ölkənin yekdil dəstəyini tələb edir.
Lakin sənəddə başqa variantlar da yer alır: məsələn, İsraillə ticarət güzəştlərinin dayandırılması və Aİ ilə İsrail arasındakı aviasiya sazişinin ləğvi. Bunlar üçün Aİ ölkələrinin 55%-nin və əhalisinin ən azı 65%-ni təmsil edən dövlətlərin səs çoxluğu (keyfiyyətli çoxluq) tələb olunur.


Euronews
Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər