00:00:00
Yazar
Admin User
27.08.2025 18:14 73 1 dəq oxuma
Dünya

Misir münaqişədən sonra Qəzzada təhlükəsizliyi təmin etmək üçün fələstinlilərə təlimlər keçirməyə başlayıb

Misir münaqişədən sonra Qəzzada təhlükəsizliyi təmin etmək üçün fələstinlilərə təlimlər keçirməyə başlayıb

 

Misir münaqişə bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin etməli olan 10 min nəfərə qədər kontingent yaratmaq üçün fələstinlilərə təlimlər keçirir.


"İnformator.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

 

Nəşrin məlumatına görə, ilk qruplar Misirdəki hərbi akademiyalarda təlim keçir, daha sonra onlara daha 5 minə yaxın fələstinli qoşulacaq. Qüvvənin əsasını Fələstin Muxtariyyətinin təhlükəsizlik orqanlarının nümayəndələri, bir hissəsini isə FƏTH tərəfdarları təşkil edəcək.


Təhlükəsizliyin təmin edilməsinə Misir, İordaniya və Fars körfəzinin bir sıra ölkələrinin orduları da qoşula bilər. Layihənin maliyyələşdirilməsini beynəlxalq ictimaiyyət öz üzərinə götürəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər