00:00:00
Yazar
Admin User
28.08.2025 15:07 105 2 dəq oxuma
Siyasət

Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

 

“Yenə də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı müzakirə etdiklərimizə qayıdaraq deyim ki, biz Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləməyə də davam edirik. Əlbəttə ki, Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir. Söhbət təkcə hüquqi baxımdan bütövlükdən və sərhədlərə nəzarətdən getmir, söhbət fiziki birlikdən gedir. Ölkənin mərkəzləşdirilmiş sistemi, yaxud ən azından siyasi təsisatlarla bağlı fəaliyyət göstərən bir sistemi olmalıdır. Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq - istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun”, - dövlət başçısı əlavə edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, bu Azərbaycanın xarici siyasətində yeni meyl və ya tendensiya deyil:

 

“Azərbaycan həmişə işğalla heç bir halda barışmayıb və buna qarşı çıxıb. Eyni zamanda, son üç ildə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bildirib.
Bu müddət ərzində hansı nəticələr əldə olunubsa, olub. Yəni, bu, yeni bir meyl və ya yeni bir tendensiya deyil ki, bundan xüsusi nəticələr gözləyək. Təbii ki, Azərbaycanın bu siyasətini qəbul etməyən qüvvələr mövcuddur və olacaq. Bu, yalnız Azərbaycana xas deyil, bütün dünyada belədir. Məsələn, Rusiya əlbəttə istərdi ki, Azərbaycan onun işğalını dəstəkləsin. Amma Azərbaycan həm beynəlxalq hüquqa, həm məntiqə, həm də digər dövlətlərin ərazi bütövlüyünə hörmət edir. Belə olan halda Azərbaycan nə Gürcüstanla, nə Ukraynanın ərazi bütövlüyü ilə, nə də digər dövlətlərin işğalına barışmayacaq”.

 

Siyasi şərhçi Kənan Novruzov açıqlamasında bildirib ki, separatizmin qarşısını almaq üçün,təbii ki, BMT-nin bununla bağlı müvafiq mexanizmləri var:

 

“Təəssüf ki, bu mexanizmlər indiyədək kifayət qədər effektiv olmayıb və biz onların nəticələrini görmürük.Bu gün dünyada güc önəmli rol oynayır; haqlı olan yox, güclü olan haqlı olur. Bunu biz İkinci Qarabağ müharibəsi nəticəsində gördük ki, 30 il ərzində BMT-nin müvafiq dörd qətnaməsinin heç biri işləməyib, ATƏT-in Minsk qrupunun təşəbbüsləri isə nəticəsiz qalıb və Azərbaycan özü öz gücü hesabına ərazi bütövlüyünü təmin edib. Bu nümunə bir daha göstərib ki, artıq siyasi dövrdə haqlı olanın haqlı olduğu deyil, güclü olanın haqlı olduğu reallığı hökm sürür”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər