00:00:00
Yazar
Admin User
03.09.2025 17:22 48 1 dəq oxuma
Dünya

Lavrov: Rusiya İsrailin Qəzzaya humanitar yüklərin çatdırılmasını məhdudlaşdıran siyasətindən hiddətlidir

Lavrov: Rusiya İsrailin Qəzzaya humanitar yüklərin çatdırılmasını məhdudlaşdıran siyasətindən hiddətlidir

Rusiya İsrailin Qəzza zolağına humanitar yüklərin çatdırılmasını məhdudlaşdıran siyasətindən narahatdır və hiddətlənir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Kompas qəzetinə müsahibəsində bildirib.

 

“Artıq təxminən iki ildir davam edən müharibənin qurbanı on minlərlə fələstinli olub, xəsarət alan mülki vətəndaşların sayı isə çoxdan yüz min nəfəri keçib. Bu, eyni müddət ərzində Ukraynada həlak olan mülki şəxslərin sayından dəfələrlə çoxdur. Xüsusilə narahatlıq və hiddət doğuran məqam İsrailin humanitar yüklərin çatdırılmasını məhdudlaşdıran siyasətidir ki, bu da fələstinli anklavda kütləvi aclığa gətirib çıxarır. İsrailin İordan çayının Qərb sahilini fələstinlilərdən “təmizləmə” kursu da az narahatlıq doğurmur”, – deyə Lavrov bildirib.

 

Anadolu Agency

Ayan Əsgərova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər