00:00:00
Yazar
Admin User
23.09.2025 14:10 78 1 dəq oxuma
Dünya

Marko Rubio: ABŞ Prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha çox tədbir görmək imkanı var

Marko Rubio: ABŞ Prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha çox tədbir görmək imkanı var

ABŞ Prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha çox tədbir görmək imkanı var.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "NBC Today"ə müsahibəsində danışıb.

 

O, jurnalistin Rusiya Prezidentinin Alyaska görüşündən sonra Ukraynaya hücumları artırması ilə bağlı sualına cavab olaraq qeyd edib ki, Vladimir Putinin məqsədinin Donetski ələ keçirmək olduğunu həmişə biliblər:

 

"Biz həmişə bilmişik ki, onun niyyətləri Donetski ələ keçirməkdir və o bunu açıq şəkildə bəyan edib. Düşünürəm ki, bizim ümidimiz ondan ibarətdir ki, biz bu münaqişədə iştirak edən hər iki ölkə ilə danışa bilən dünyanın yeganə ölkəsiyik və hər kəs bizi bu rolu oynamağa təşviq edir. Nə vaxtsa bu rol sona çata bilər. Məlum olduğu kimi, Prezident ( Donald Tramp – müəl.) artıq dəfələrlə Putinin, hətta Alyaska görüşündən sonra belə, bu istiqamətdə atdığı addımlardan dərin narazılığını ifadə edib".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər