Nobel laureatı deyir ki, ABŞ onun Venesuelanı tərk etməsinə kömək edib Tramp isə Maduraya təzyiqi artırır
ABŞ qüvvələri çərşənbə günü Venesuela sahillərində “The Skipper” adlı neft tankerini ələ keçirib. Gəmini 2022-ci ildə ABŞ Hizbullah və İranın Qüds Qüvvələri üçün neft ticarətinə yardım etdiyinə görə sanksiyaya düşürüb.
Tanker Venesuela neftini Kubaya aparırdı və oradan Asiyaya göndərilməsi planlaşdırılıb. Peyk görüntüləri gəminin Venesuela yaxınlığında olduğunu göstərsə də, AIS sistemi yerini Qayana sahillərində kimi göstərib mütəxəssislər bunun qanunsuz fəaliyyəti gizlətmək üçün “saxtalaşdırma” ola biləcəyini deyir. Gəmi Qayana bayrağı altında üzür, amma orada qeydiyyatda deyil. Müxalifət lideri Mariya Korina Maçado isə bildirib ki, Venesuela tezliklə “azad və demokratik bir ölkə” olacaq.
Cnn News
Ədilə Hüseynzadə