00:00:00
Yazar
Səadət Əlizadə
19.04.2026 18:06 28 1 dəq oxuma
Siyasət

Bakı 19° C

USD - 1.700 EUR - 2.003 TRY - 0.038 GEL - 0.632 RUB - 0.022 UAH - 0.039 

 

Əsas xəbərlər

Son xəbərlər

Siyasət

İqtisadiyyat

Cəmiyyət<

Bakı 19° C USD - 1.700 EUR - 2.003 TRY - 0.038 GEL - 0.632 RUB - 0.022 UAH - 0.039 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət

ABŞ ilə Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

 

Bildirilib ki, müvəqqəti İşlər Vəkili Emi Karlon, Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə direktoru Sara Leminq "AmCham Azerbaijan" şirkəti tərəfindən işgüzar nahara dəvət edilib.

 

"ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb", - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, sözügedən xartiya 10 fevral 2026-cı ildə, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

#0.022 #dünya #i̇dman #0.632
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər