00:00:00
Yazar
Nərmin Həşimova
23.04.2026 20:38 26 2 dəq oxuma
Siyasət

“ Zelenskinin son açıqlamaları göstərir ki, Ukrayna tərəfi yenidən danışıqlara hazırdır”- Politoloqdan AÇIQLAMA

“ Zelenskinin son açıqlamaları göstərir ki, Ukrayna tərəfi yenidən danışıqlara hazırdır”- Politoloqdan AÇIQLAMA

Ukrayna tərəfi istənilən təhlükəsiz ölkədə üçtərəfli danışıqlar formatına qayıtmağın tərəfdarıdır.

“Bu məsələlər hələlik yalnız Ukrayna tərəfindən asılı deyil. Kiyev istənilən vaxt və istənilən təklif olunan formatda dialoqa hazırdır. Bu cür tədbirlər üçün prioritet məkanlar kimi əvvəllər oxşar təmasların baş verdiyi Türkiyə və Yaxın Şərq seçilə bilər", - o deyib.


Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsində dialoq məsələsinə gəldikdə, artıq bu münaqişə beşinci ildir davam edir və tərəflər hələ də ortaq razılığa gələ bilmirlər:


“Bir neçə dəfə danışıqlar masasına oturulsa da, bu görüşlər nəticəsiz başa çatıb. Hazırda müharibə elə bir mərhələyə çatıb ki, hər iki tərəf həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ciddi tükənmə yaşayır. İnsan itkiləri ilə yanaşı, maddi və mənəvi resurslar da xeyli zəifləyib. Baxmayaraq ki, hər iki tərəf beynəlxalq tərəfdaşlardan, o cümlədən Avropa Birliyi və müxtəlif Asiya ölkələrindən dəstək alır, yenə də daxili resursların tükənməsi açıq şəkildə hiss olunur. Bu səbəbdən artıq hər iki tərəf anlayır ki, danışıqlar masasına qayıtmaq vaxtı çoxdan çatıb. Volodimir Zelenskinin son açıqlamaları da göstərir ki, Ukrayna tərəfi yenidən danışıqlara hazırdır. Əvvəllər bəzi hallarda Ukrayna tərəfi istədiyi nəticəni əldə etmədiyi üçün danışıqlardan geri çəkilib. Lakin hazırkı vəziyyət fərqlidir və kompromis axtarışı daha real görünür. Danışıqların neytral və təhlükəsiz ölkələrdə keçirilməsi ehtimalı da gündəmdədir. Xüsusilə Türkiyə, Pakistan kimi ölkələrin vasitəçilik rolu müzakirə olunur. Bu kimi platformalar tərəflər üçün daha təhlükəsiz və qəbul edilən mühit yarada bilər. Eyni zamanda, həm Ukraynada, həm də Rusiyada daxili və xarici təzyiqlər mövcuddur. Bu da liderlər üçün əlavə risklər yaradır və təhlükəsiz mühitdə danışıqların aparılmasını daha vacib edir”. 


Politoloq qeyd edib ki, mümkün nəticələrə gəldikdə isə, bəzi analitiklər hesab edir ki, Krım artıq faktiki olaraq Ukraynanın nəzarətinə qayıtmayacaq:


“Eyni vəziyyət Donetsk və Luqansk bölgələri üçün də keçərlidir. Bu isə o deməkdir ki, Ukrayna müəyyən ərazi güzəştlərinə getməyə məcbur qala bilər. Bununla belə, bu, Ukraynanın rəsmi şəkildə ərazilərini təhvil verməli olduğu anlamına gəlmir. Sadəcə olaraq, uzunmüddətli müharibənin dayandırılması üçün müəyyən kompromislər qaçılmaz görünür. Digər tərəfdən, uzunmüddətli atəşkəsin əldə olunması da çətin görünür, çünki Rusiya münaqişəni öz şərtləri ilə yekunlaşdırmağa çalışır. Nəticə etibarilə, sülhə nail olmaq üçün tərəflərdən birinin müəyyən geri addım atması zəruri görünür. Bu prosesdə neytral dövlətlərin vasitəçiliyi mühüm rol oynaya bilər. Lakin Qərb və ABŞ-nin birbaşa iştirakı ilə aparılan danışıqların indiyədək uğurlu olmaması göstərir ki, alternativ diplomatik platformalara ehtiyac var”.


Cavahir Əsgərbəyli

#gündəm #son #açiqlama #ukrayna #göstərir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər