00:00:00
Yazar
Nərmin Həşimova
04.05.2026 18:30 162 2 dəq oxuma
Siyasət

“Ukrayna prezidentinin Ermənistana səfəri Moskva üçün xüsusi mesaj xarakteri daşıyır”- Politoloqdan ŞƏRH

“Ukrayna prezidentinin Ermənistana səfəri Moskva üçün xüsusi mesaj xarakteri daşıyır”- Politoloqdan ŞƏRH

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa siyasi gündəminin mühüm platformalarından biri olan Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində İrəvana səfər edib. Sammit çərçivəsində baş tutan bu səfər həm regional əməkdaşlıq, həm də qlobal təhlükəsizlik məsələləri fonunda xüsusi əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya Ermənistana təsirini artırmaq istəyir:


 "Belə ki, seçkilərə müdaxiləyə hazırlaşır ki, Nikol Paşinyanın seçilməsinə maksimum maneələr yaratsın. Mümkün qədər öz adamını hakimiyyətə gətirmək yaxud təsirli müxalifətə çevirmək istəyir. Bu fonda Ukrayna prezidentinin Ermənistana səfəri Moskva üçün xüsusi mesaj xarakteri daşıyır. Bu ərəfədə Rusiya ilə müharibə aparan Ukrayna prezidentinin Ermənistana səfəri təbii ki, Moskva üçün soyuq duş təsiri bağışlayır. Ermənistan mümkün olduğu qədər Rusiyadan uzaqlaşır, Qərbə yaxınlaşır. Ancaq bununla yanaşı hər iki tərəf münasibətləri kəskinləşdirmək də istəmir. Sadəcə siyasi, iqtisadi, regional mübarizə gedir. Lakin Ukrayna-Ermənistan münasibətləri hərbi və digər strateji mövzularda çox irəli gedərsə, Rusiyanın təhdidləri yaxud real təhlükəli addımları ilə qarşılaşa bilərlər".


Politoloqun sözlərinə görə, baş verən proseslər Rusiyanın regionda və dünyada siyasi təcridə doğru getdiyini göstərir: 


"Ümumiyyətlə bu kimi hadisələr Rusiyanın həm dünyada, həm də regionda siyasi təcridə doğru gedişini göstərir. Qonşu və region ölkələri ilə anormal münasibətlər, imperiya siyasətindən doğan hegemonluq əlamətləri bu ölkələri Rusiyadan uzaqlaşdırır. Hər halda yaxın vaxtda olmasa da, Rusiya özünə də zərər vuran bu siyasət kursunda dəyişikliklər etməyə məcbur olacaq. Çünki regiondakı ölkələr uzaqlaşdıqdan sonra növbə daxildəki ölkələrə və etniklərə gələ bilər. 
Ukrayna ilə davam edən müharibə Rusiyanın perspektivlərinə mənfi təsir göstərir. Ukrayna ilə müharibə və eyni kökdən, eyni dindən olan xalqların davamlı olaraq qanının tökülməsi və Rusiyanın bu müharibəni davam etməkdə maraqlı olması hərb meydanında onu qalib etsə də, siyasət, iqtisadiyyat, gələcək perspektivlər baxımından iflasa, tənəzzülə aparır".


Mehriban Yariyeva

#Ukrayna #Ermənistan #səfər #təsir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər