00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 20:35 35 2 dəq oxuma
Siyasət

Azərbaycana nifrətlə yaşayan dairələr hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq - İlham Əliyev

Azərbaycana nifrətlə yaşayan dairələr hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq - İlham Əliyev

İlham Əliyev bildirib ki, Azərbaycana nifrət mövqeyindən yanaşan qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi region üçün ciddi risklər yarada bilər. Prezident vurğulayıb ki, revanşist və radikal yanaşmalar ilk növbədə Ermənistan xalqının özü üçün problemlərə səbəb olacaq, bölgədə sülh və sabitliyin qorunması isə bütün tərəflərin maraqlarına uyğundur.

 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a bildirib ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ölkənin gələcək taleyində mühüm rol oynayacaq. Hazırda Ermənistanda iki fərqli xətt arasında mübarizə gedir:

 

“Ermənistanı sivil dünya ilə yaxınlaşdırmaq istəyənlərlə onu yenidən geriyə aparmağa çalışan qüvvələrin qarşıdurmasını müşahidə edirik. Revanşist dairələr hələ də uydurma “böyük Ermənistan”, Qarabağın işğalı kimi cəfəng ideyalarla seçici dəstəyi qazanmağa çalışırlar. Daşnaklar, erməni kilsəsi və regionda sabitlik istəməyən xarici qüvvələr də onlara dəstək verir. Baş nazir Nikol Paşinyanın tərəfdarları isə reallığı nəzərə alaraq Ermənistan cəmiyyətini qonşularla sülhə və əməkdaşlığa çağırırlar. Paşinyanın mövqeyi daha çox erməniləri sülhə və inkişafa səs verməyə səsləyir. Prezident İlham Əliyevin açıqlamaları da kifayət qədər aydın və konkret idi. Dövlət başçısı ermənilərin qarşısında duran iki yolu və hər iki seçimin mümkün nəticələrini açıq şəkildə ifadə edib. Bu, seçkilərə müdaxilə deyil, sadəcə, erməni cəmiyyətinə düşünülən seçim etmələri üçün mesaj idi. Azərbaycan Prezidenti eyni zamanda regionda gələcəkdə sülh və ya müharibə ehtimalına görə məsuliyyətin Ermənistan cəmiyyətinin üzərində olduğunu da vurğulayıb. Səhv qərar gələcəkdə bağışlanması çətin nəticələrə səbəb ola bilər. Ermənistan cəmiyyəti hansı yolu seçəcəyinə özü qərar verməlidir”.

 

Mütəllim Rəhimli hesab edir ki, Paşinyanın hakimiyyətdə qalması Ermənistanın inkişaf yolunu davam etdirməsi və Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi anlamına gələ bilər:

 

“Əks halda, revanşist qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan cəmiyyətinin hələ də sülhə hazır olmadığını göstərəcək. Bu baxımdan seçkilərin nəticələri Azərbaycan üçün də maraq doğurur. Azərbaycan Ordusu hazırda kifayət qədər güclüdür və istənilən təhlükəyə cavab vermək imkanına malikdir. Ordumuz müasir silah-sursatla təchiz olunub, xalqımızın döyüş ruhu yüksəkdir. Azərbaycan öz təhlükəsizliyini qorumaq iqtidarındadır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistanla müharibə etmək niyyəti yoxdur. Lakin ölkəmiz hər hansı təcavüzə qarşı qətiyyətli şəkildə cavab verməyə hazırdır. Dövlətlər arasında sülhün əldə olunmasında həm siyasi hakimiyyətin mövqeyi, həm də cəmiyyətin düşüncəsi həlledici rol oynayır. Azərbaycanda bu məsələdə vahid mövqe mövcuddur. Ermənistanda isə cəmiyyət daxilində tərəddüdlər hiss olunur. Ermənistan uzun illər xarici siyasi qüvvələrin təsiri altında olub. Ümid etmək olar ki, erməni cəmiyyəti nəhayət öz gələcəyi ilə bağlı qərarı müstəqil şəkildə verəcək”.

 

Fatimə Hüseynli

#xalqının #dairələr #i̇lham #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər