00:00:00
Yazar
Nərmin Həşimova
29.10.2026 20:05 34 1 dəq oxuma
Dünya

Audioyazılar İspaniya qatar qəzasından əvvəl idarəetmə mərkəzi və maşinistlər arasında danışıqları üzə çıxarır

Audioyazılar İspaniya qatar qəzasından əvvəl idarəetmə mərkəzi və maşinistlər arasında danışıqları üzə çıxarır

​İspaniyada ən azı 69 nəfərin ölümü və onlarca insanın yaralanması ilə nəticələnən dəmir yolu qəzasından əvvəl maşinistlər ilə idarəetmə mərkəzi arasındakı audioyazılar üzə çıxıb.

Qəza avtomatik siqnallaşma sistemindəki kompüter nasazlığı səbəbindən baş verib. Məlumatlara görə, 147 sərnişini olan "Iryo" qatarı təhlükəsizlik sistemindəki texniki problemə görə yolda dayanmış vəziyyətdə qalsa da, idarəetmə mərkəzi 397 sərnişin daşıyan arxadakı "Renfe" qatarına sürət məhdudiyyəti olmadan hərəkəti davam etdirmək əmri verib. Nəticədə "Renfe" qatarı öndəki dayanmış qatara arxadan çırpılıb.
İspaniyanın Nəqliyyat naziri Oskar Puente bu qərarı "izahsız" adlandırıb, Baş nazir Pedro Sançes isə faciənin hər bir təfərrüatının araşdırılacağını bildirib. Səs yazılarının mətbuata sızdırılması bəzi siyasətçilər vasitəsilə tənqid olunub, bəzi solçu nümayəndələr isə məsuliyyətin yalnız bir işçinin üzərinə atılmaması gərəkdiyini vurğulayıblar. Baş verənlərdən sonra paytaxtda Nəqliyyat Nazirliyi önündə Hökumətin istefası tələbi ilə nümayiş keçirilib, maşinistlər ittifaqı isə dəmir yolu təhlükəsizliyini müdafiə etmək məqsədilə tətilə başlayıb. Ölkədə üçgünlük milli matəm elan edilib. Qəza zonasında 900-dən çox mülki qvardiya əməkdaşı, dronlar və helikopterlər vasitəsilə axtarış-xilasetmə və qurbanların DNT analizləri ilə identifikasiyası işləri aparılır. Bu hadisə İspaniyada 2013-cü ildə 80 nəfərin həlak olduğu fəlakətdən sonra baş verən en ağır dəmir yolu qəzası kimi qiymətləndirilir.

Səkinə Musayeva

Mənbə:BBC

#mərkəzi #idarəetmə #gündəm #maşinistlər #çıxarır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər