00:00:00
Yazar
Bəsti Nəsibova
30.09.2026 10:32 12 1 dəq oxuma
Sosial

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində Ağa Musa Nağıyev irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində Ağa Musa Nağıyev irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Ağa Musa Nağıyev irsinin təbliği” layihəsi çərçivəsində Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində növbəti maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Azərbaycanın görkəmli xeyriyyəçisi və mesenatı Ağa Musa Nağıyevin həyat və fəaliyyəti, xeyriyyəçilik ənənələri, Azərbaycan tarixindəki xidmətləri, eləcə də Bakıda onun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa etdirilmiş 98 bina haqqında tələbələrə ətraflı məlumat verilib. Həmin binaların paytaxtın memarlıq simasının formalaşmasında rolu və tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Layihənin rəhbəri, Ağa Musa Nağıyevin nəvəsi Dilara Nağıyeva tarixi irsin qorunmasının, ailə və milli dəyərlərin gələcək nəsillərə çatdırılmasının vacibliyindən bəhs edib. Tələbələr müzakirələrdə fəal iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüb və suallar ünvanlayıblar.

Qeyd edək ki, layihə üç ay müddətində davam edəcək. Layihə çərçivəsində ümumilikdə beş maarifləndirici tədbirin keçirilməsi nəzərdə tutulub. Tədbirlər Bakı, İsmayıllı, Lənkəran, Sabirabad və Şirvan şəhərlərini əhatə edir.

Layihənin əsas məqsədi Ağa Musa Nağıyevin zəngin tarixi irsini gənc nəslə tanıtmaq, onun Azərbaycan cəmiyyətinin inkişafına verdiyi töhfələri təbliğ etmək və milli-mədəni dəyərlərin qorunmasına töhfə verməkdir.






#irsinin #kollecində #keçirilib #sabirabad #musa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər