00:00:00
Yazar
Bəsti Nəsibova
28.10.2026 10:35 6 1 dəq oxuma
Sosial

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Ağa Musa Nağıyev irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Ağa Musa Nağıyev irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Ağa Musa Nağıyev irsinin təbliği” layihəsi çərçivəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Azərbaycanın görkəmli xeyriyyəçisi, tanınmış sahibkar və mesenatı Ağa Musa Nağıyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki xidmətləri, xeyriyyəçilik ənənələri və Bakının memarlıq irsinə verdiyi töhfələr haqqında tələbələrə ətraflı məlumat verilib.

Xüsusilə Ağa Musa Nağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda inşa etdirilmiş 98 bina haqqında məlumatlar diqqətə çatdırılıb. Həmin binaların paytaxtın tarixi-memarlıq simasının formalaşmasında oynadığı rol, onların tarixi və mədəni əhəmiyyəti barədə təqdimat keçirilib.

Bildirilib ki, Ağa Musa Nağıyev yalnız uğurlu sahibkar deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycan tarixində dərin iz qoymuş şəxsiyyətlərdən biridir. Onun maarifçilik və xeyriyyəçilik ənənələri bu gün də milli-mədəni irsimizin mühüm tərkib hissəsidir.

Layihənin rəhbəri, Ağa Musa Nağıyevin nəvəsi Dilara Nağıyeva tarixi irsin qorunmasının, ulu babasının həyat və fəaliyyətinin gənc nəslə tanıdılmasının vacibliyini vurğulayıb.

Tələbələr tədbirdə fəal iştirak edib, mövzu ətrafında müzakirələrə qoşulub və suallarını ünvanlayıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi Ağa Musa Nağıyevin zəngin irsini regionlarda təbliğ etmək, onun Azərbaycan tarixindəki xidmətlərini gənc nəslə tanıtmaq və milli-mədəni dəyərlərin qorunmasına töhfə verməkdir.





 

#texnologiya #irsinin #tədbir #humanitar #təbliğinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər