Daşkəsən apreldə...

Tarix: 22:16 16.04.2025
Daşkəsən rayonunun bəzi ərazilərində qarlı hava şəraiti müşahidə olunur.
“İnformator.az” "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şahvələdli və Əhmədli kəndlərinə 8-10 sm, Mollahəsənli kəndinə 4 sm qar, rayon mərkəzinə isə qar və sulu qar yağıb.
Məlumat üçün bildirək ki, artıq bir neçə gündür, Gəncə və qərb bölgəsinə intensiv yağışlar yağır.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda Dağlıq ərazilərdə - Daşkəsən, Xınalıq, Qrızda qar yağır. Qar örtüyünün hündürlüyü Xınalıqda 78 sm-dir.