"MDB Oyunlarının mərkəzi Gəncə olacaq"-ŞƏRH

Tarix: 22:13 30.04.2025
2025-ci ilin oktyabr ayında Azərbaycan, III Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarına ev sahibliyi edəcək. Əsas yarışlar Gəncə şəhərində təşkil olunacaq və bu, Azərbaycanın beynəlxalq idman tədbirlərindəki nüfuzunun daha da artmasına xidmət edəcək.
Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan nüfuzlu, mötəbər və beynəlxalq yarışların keçirilməsində kifayət qədər təcrübəyə sahibdir:
"Bundan əvvəlki yarışlara baxdıqda və onların təşkilat komitələrinin işlərinə nəzər yetirdikdə Azərbaycan dünyada bu tip yarışların keçilməsində əsas ölkələrdən biri hesab olunur. İdmanla bağlı MDB oyunlarının təşkili Azərbaycana həvalə olunub. Ölkəmiz bu mötəbər tədbirin də öhdəsindən layiqincə gələcək. Azərbaycan dünya və Avropa idmanında kifayət qədər yaxşı səviyyədə tanınacaq. Əhəmiyyəti ondan ibarətdir ki, bu tip yarışların Azərbaycanda keçirilməsi ölkənin tanınması baxımından kifayət qədər böyük rol oynayır. Bu səbəbdən də təşkilat komitəsi yarışların Bakıda yox, Gəncədə, Xankəndidə və digər beş rayonumuzda keçirilməsini labüd görüb. Bakı şəhəri, Azərbaycanın paytaxtı bundan əvvəl bir neçə idman tədbirində və digər sosial tədbirlərdə adından kifayət qədər bəhs etdirib. İndi isə belə görünür ki, növbə digər rayonlarımızın, şəhərlərimizin üzərinə düşür. Onların tanınmasında, tarixi mədəni irsinin digər ölkələrə, xarici ölkələrdə yaşayan insanlara çatdırılmasında, bu oyunların əhəmiyyəti böyük hesab olunur. İkinci növbədə gələn qonaqların Azərbaycanın coğrafiyası, təbiətinin yaxından tamaşa etməsində, yenə də tanıtım baxımından hesab olunur".
Fuad Eldarov qeyd edib ki, MDB oyunlarının ölkəmizdəki keçirilməsi çox lazımidir:
"Azərbaycanın idman sahəsinə təsiri çox böyükdür. Çünki MDB oyunlarında Azərbaycan milli komandasının idmançıları da iştirak edəcəklər. Müxtəlif növlər üzrə idmançılar öz qüvvələrini bu yarışlarda da sınayacaqlar. Gənc idmançıların perspektivlərini ortaya qoymasında MDB oyunları, bu tip oyunlar xüsusi əhəmiyyətə malikdir. Bakı 2015-ci ildən, İslam oyunlarından bunu görə bilərik. Azərbaycanın gənc idmançıları hər zaman ölkəmizdə keçirilən nüfuzlu, beynəlxalq tədbirlərdə, yarışlarda medalçılar sırasına düşə bilirlər. Bu da onların gələcək kariyeralarında büyük təkanverici rol oynayır. Bu yarışlar Azərbaycana keçirilməklə Azərbaycana kütləvi azərkeş ordusunu da cəlb edir. Ora gələn idmançıları dəstəkləyən minlərlə azərkeş var. Onlar da milli komandaların tərkibi hissəsində olması da öz şəxsi hesablarına ölkəmizə səyahət edirlər. Bu ölkə turizminə, qonaqlama, nəqliyyat, otel şəbəkəsi və s. bir neçə sahəyə öz təsirini göstərir. Bu təsirdə özünü iqtisadiyyatda da göstərir.
Formula 1 yarışları Azərbaycanda keçirilən zaman ölkəyə axın-axın turistlər gəlirlər. Ölkə iqtisadiyyatına milyonlarla dollar, avro, manat xeyir gətirir. Bu tip kiçik həcmli, nüfuzlu yarışlarda öz həcminə görə ölkə iqtisadiyyatına öz töhfəsini verir".
Nuray Əliyeva