Suriya XİN başçısı Dəməşqə qarşı sanksiyaları Əsəd rejimi qurbanlarının cəzalandırılması adlandırıb

Tarix: 22:16 30.04.2025
Hazırda Suriyaya qarşı tətbiq edilən sanksiyalar keçmiş Bəşər Əsəd rejiminin qurbanlarının cəzalandırılmasıdır. Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Əş-Şibani bildirib ki, onun çıxışının videosunu SANA informasiya agentliyi yayımlayıb.
Bu mövzuyla bağlı “İnformator.az” a politoloq Əli Mustafa bildirib ki, sanksiyaların tətbiq edilməsi Əsəd dövrinə təsadüf edir, amma Əsəd qaçandan sonra yeni hakimiyyət qurulanda da bu sanksiyaların bir çoxu hələdə qüvvədə qalıb:
“Sözsüz ki, bu ədalətli deyil. Çünki, əgər hədəf Əsəd rejimi idisə, artıq o hakimiyyətdə deyil. Ona görə də sansksiyaların aradan qaldırılması vacibdir. Əks təqdirdə bu qərəzli və ədalətsiz yanaşma kimi diqqəti cəlb edəcək. Sanksiyaların tətbiqinin davam edilməsi Suriyadakı yeni cəmiyyətin formalaşmasına müəyyən qədər maneçilik törədir. Amma bilirik ki, bu sanksiyalar təsadüfən uzadılmır. Bunu tətbiq edən ölkələr əsasəndə ABŞ-nin və bəzi Avropa ölkələrinin indiki hakimiyyətdən tələbləri var. Onlar bu tələbləri gerçəkləşdirdiyi təqdirdə sanksiyaları aradan qaldırmağı təklif edirlər. Bu məsələ ilə bağlı müəyyən danışıqlar aparılır və bu tərəflərin bəzilərini hakimiyyət nəzərə ala bilər. Lakin elə şərtlər vardır ki, bəzən onu həyata keçirmək çətin olur və sanksiyalar uzanır. Ümummiyyətlə, sanksiyaların Suriyanın vətəndaşlarının rifahına birmənalı olaraq zərarı var. Bu sanksiyalar həmçinin Suriyanın inkişafına mane olur. Digər ölkələrlə olan əlaqələrinə, inteqrasiyasına əngəllər yaradır. Eyni zamanda Suriyanın içində insanların iqtisadi və sosial vəziyyətinə mənfi təsirlərini görsədir. Qısaca desək, Suriya dövlətinin əl-qolunu bağlayır. Mən düşünürəm ki, Suriyan dövlətinin dostları- Türkiyə və digər dövlətlər çalışmalıdır ki, Dünya birliyi və Qərb ölkələri bu sanksiyaları aradan qaldırsın. Lakin burada müəyyən siyasi tələblər, onların istəkləri var. Yalnız onlar o şərtlərinin gerçəkləşdirdiyi təqdirdə sanksiyaları ləğv edərlər. Hər halda ümid edək ki, Suriya xalqının ağır vəziyyətinin, köçkünlükdən sonra evlərinə qayıtmasının və ölkənin bərpa edilməsinin qərarını alıb, bu sanksiyaları ləğv edəcəklər”.
Aysel Mirzəyeva