Azərbaycan və Serbiya arasında hərbi havva qüvvələrinə dair əməkdaşlıq təhlil edilib

Bölmə: Siyasət › ,
Tarix: 20:51 17.04.2025

 

 

Azərbaycan və Serbiya arasında hərbi hava qüvvələri sahəsində əməkdaşlıq son illərdə inkişaf etməkdədir. Bu əməkdaşlıq regional təhlükəsizliyin gücləndirilməsi və hərbi-texniki potensialın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Məsələ ilə bağlı, politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki,Serbiya və Azərbaycan Respublikası arasında əlaqələr 1997-ci ildən bəri mövcuddur.

Diplomatik əlaqələr sayəsində indiyəcən müxtəlif yönlərdə arada 50-dən çox sənəd imzalanıb:

 

"Getdikcə inkişaf edən qarşılıqlı əlaqələr hərbi hava qüvvələrinə dair əməkdaşlıq mühitinə zəmin hazırlayıb. Azərbaycana olan diqqət və maraq digər ölkələr kimi Serbiyanın da ölkələrimiz arasında yaxın və strateji yönlərdə əlaqələr qurmasına səbəb olub. Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin Azərbaycanda səfərdə olan Serbiyanın HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində bu sahədəki əlaqələrin perspektivləri, qarşılıqlı faydalarının müzakirə olunması faydalı məqsədlərə xidmət edir".

 

Ekspert bunu da qeyd edib ki, dövlətimizin Hərbi Hava Qüvvələrinin müasir tələblərə uyğun təchiz olunması ilə yanaşı hərbi fəaliyyət xüsusiyyətlərinin inkişaf etdirilməsi, Serbiya ilə birgə təlimlərin keçirilməsi, texnoloji təcrübə və avadanlıq mübadiləsinin aparılması da mümkün perspektivlərdəndir:

 

"Bu sahədəki təcrübələrin bölüşülməsi və hərbçilərimizin Serbiyada təhsil alması da arzuediləndir. Təbii ki, getdikcə yaxınlaşan, inkişaf edən münasibətlər zəminində gələcəkdə daha sıx əlaqələrin, mübadilənin aparılması vacibdir. Əsasən Qarabağ zəfərindən sonra Azərbaycana qarşı dünya dövlətlərinin ciddi maraq və diqqətinin artması, etibarının möhkəmlənməsi Serbiyanın da Azərbaycanla stratji əməkdaşlığa can atmasına zəmin yaratdı. Problemi həll edərək indi də sülh prosesini yekunlaşdırmaq üzrə olan Azərbaycan Respublikası artıq təhlükəsiz və güclü dövlət kimi özünü sübut edib. Təbii ki, Serbiya üçün etibarlı və güclü dövlətlə streteji yöndə münasibətləri inkişaf etdirmək önəmlidir. Ümumiyyətlə Hərbi Hava Qüvvələrinin daha da ciddi təcrübəyə, biliyə yiyələnməsi üçün Serbiya ilə bu sahədə əməkdaşlığın böyük önəmi var".

 

Güllər Gülhüseynova