Çempionlar Liqasında 5 ildən sonra bir ilk!

Bölmə: İdman › ,
Tarix: 13:57 09.05.2025

“ “İnter” və "PSG"nin oyun üslubu tamamilə fərqlidir. Bu gün "İnter"in daha üstün futbol oynadığını deyə bilmərik, amma "PSG" bir baxımdan daha üstündür. Bu cütdən favorit demək çox çətindir, çünki fərqlidirlər. Biri dominant oynayır, digəri əks hücumda oynamağı xoşlayır".

 

Bu sözləri futbol funksioneri Ceyhun Sultanov "İnformator.az"a açıqlamasında bildirib.

 

Müsahib qeyd edib ki, oynayan hər iki komanda ağır oyundan çıxıb:


“ “PSG” yaxşı oyunla bura yüksəlibsə, "İnter" isə əksinə, pis futbol oynayıb, dominant oynamayaraq finala gəlib çatıb. Hətta belə Çempionlar Liqası da bunu tələb edir, bunu "İnter" oynayır. Ona görə də ümumi olaraq şərh etmək çətindir".

 

Müsahibin  sözlərinə görə, final heç nə vəd etmir:


"Digər illərdə olduğu kimi bu ilki final da elə olacaq, sədəcə azarkeşlər maraqlı oyun gözləyir. İki komanda da qalib gələcək. Bu gün ümumi baxsaq, futbol elə vəziyyətdədir ki, futbolçulardan çox məşqçilərin gedişatında bunu görmək olur ki, hansı komandanın baş məşqçisi sözügedən gedişatı düzgün edir. Hansı daha doğru yöndədirsə, oyun planı düzgündürsə, o da qalib gəlir. Görünən odur ki, finala kimi hər iki məşqçi düzgün strategiya qurub. Buna görə də kimin üstün, favorit olduğunu, qalib gələcəyini yalnız 90 dəqiqənin sonunda öyrənə biləcəyik".



Zəhra Möhübbətova