Alimlər görmə qabiliyyətini bərpa edən dərman hazırlayırlar

Bölmə: Maraqlı › ,
Tarix: 22:21 22.04.2025

KAIST Universitetinin tədqiqatçıları tor qişanın zədələnməsini bərpa edən və görmə qabiliyyətini daimi olaraq bərpa edən ilk müalicəni hazırlayıblar. Klinik sınaqların 2028-ci ildə başlanması planlaşdırılır.

 

Cənubi Koreyanın KAIST Universitetinin alimləri görmə itkisinə səbəb olan tor qişanın zədələnməsini aradan qaldıra bilən dərman hazırlayıblar. Nəticələr görmə qabiliyyətini daimi bərpa edən ilk müalicə kimi qeydə alınıb.

 

Araşdırmanı aparan prof. Jin Woo Kim və komandası optik sinirlərin bərpasına imkan verən müalicəyə davamlı retinal xəstəliklərdə mühüm rol oynayan bir proteini (PROX1) blokladılar.

 

PROX1 zülalı görmə bərpasına maneədir

 

Araşdırmalara görə, PROX1 zülalı tor qişanın təmirini əngəlləyən əsas amillərdən biridir. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal zədələnmiş retinal nahiyədə toplanır və bərpasını dayandırır.
Alimlər bu zülalın balıqda görünmədiyini və buna görə də balıqların göz qişasının təmirində daha müvəffəqiyyətli olduğunu ortaya qoydular.

 

Görmə yeni antikorla qayıtdı

 

Bu tapıntılara əsaslanaraq, komanda PROX1-i zərərsizləşdirən xüsusi antikor hazırlayıb. Biotexnologiya şirkəti Celliaz ilə birlikdə hazırlanan bu antikor siçanlarda retinal hüceyrələrin bərpasını və görmə qabiliyyətini bərpa etməyə imkan verdi.

 

Müalicə olunan siçanlarda görmə 6 ay ərzində qorunub saxlanıldı.

 

Tədqiqat qrupu indi bu müalicəni insanlara tətbiq etməyə hazırlaşır.
Dr. "Biz PROX1-i zərərsizləşdirən CLZ001 adlı antikorun son mərhələsindəyik. Növbəti addım preklinik tədqiqatlara keçməkdir",- deyən Eun Jung Lee, araşdırmaların tezliklə insan sınaqlarına doğru irəliləyəcəyini bildirib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli