24 aprel 1915-ci ildə İstanbulda nə baş verdi?

Bölmə: Maraqlı › ,
Tarix: 19:03 24.04.2025

“Polis qapını döydü… ‘Bir neçə saat qalacaq və qayıdacaqsınızsa, yanınıza bir şey almağınıza ehtiyac yoxdur",- deyildi. BBC Türkçeye danışan tarixçilər 24 aprel 1915-ci ildə İstanbulda həbs olunan erməni ziyalılarının polislə ilk qarşılaşmalarını bu sözlərlə təsvir edirlər.

 

Həmin gün Osmanlı İmperiyasının paytaxtında 250 erməninin həbsi ilə başlanan prosesi sonradan müxtəlif tərəflər “köç” və ya “erməni soyqırımı” adlandırdılar. Bu hadisələr zamanı dövlət mənbələrinə görə 350 min, bəzi tarixçilərə görə isə 1,5 milyon erməni həlak olub. Ermənilər 24 aprel tarixindəki həbsləri “soyqırımın” faktiki başlanğıcı hesab edir və 1915-ci ildə həyatını itirənləri hər il bu gün yad edirlər.
Türkiyə isə ölənləri tanıyır, lakin hadisələrin Birinci Dünya Müharibəsi şəraitində baş verdiyini xatırladır və “soyqırım” ifadəsini qəbul etmir. Prezident Rəcəb Tayyib Ərdoğan da bu ilki 24 Aprel mesajında “Birinci Dünya Müharibəsinin çətin şəraitində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə bir daha başsağlığı verirəm”,- dedi.
Ərdoğan əlavə etdi: “Erməni cəmiyyətinin keçmişdə yaşadığı acıları səmimiyyətlə paylaşdığımı bir daha bildirirəm".


Mənbə: BBC News

Fatimə Heydərova